`Azərbaycan daim Əfqanıstanın yanında olacaq` - Prezident
20:26 30 May 2016
Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib.
Femida.az xəbər verir ki, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfərini xatırlayan dövlətimizin başçısı səfərin uğurlu və səmərəli keçdiyini qeyd edib. Prezident hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu deyib. Əfqanıstan prezidenti ilə apardıqları müzakirələrə toxunan dövlət başçısı Məhəmməd Əşrəf Qaninin Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davam etdirilməsi istiqamətində atdığı addımların, o cümlədən Əfqanıstanın gələcəyi ilə bağlı fikirlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.
Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən prezident İlham Əliyev Azərbaycanın daim Əfqanıstanın yanında olacağını qeyd edib. Dövlət başçısı Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önəmini vurğulayıb.
Öz növbəsində, Mohammad Xanif Atmar deyib ki, ölkəsinin prezidenti Azərbaycan prezidentinin İslam ölkələri birliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamətdəki fəaliyyətini minnətdarlıqla qeyd edir.
Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1158
Oxşar xəbərlər
- `Azərbaycan ordusu silahları yeniləyib` - General mesaj verdi
- `Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzə çevrilir` - Sekuta
- `Azərbaycan Rusiya ilə tərəfdaşlığı genişləndirir` - İlham Əliyev
- `Azərbaycan-İran sərhədində heç bir problem yoxdur` - DSX rəisi
- `Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur` - Lavrov
- `Azərbaycanda kişilərin yarısı siqaret çəkir` - Hadi Rəcəbli
- `Azərbaycan İranın yaxşı qonşusudur` - Zərif
- `Azərbaycan və Pakistanın daim yanındayıq` - Çavuşoğlu
- `Azərbaycan Qazaxıstan üçün strateji tərəfdaşdır` - Baş nazirin müavini
- `Azərbaycanda ünvanlı sosial yardım ləğv ediləcək` - Nazir